Travmatoloq-ortopedlərimiz sümük, oynaq və əzələ ağrılarını, zədələri, osteoporozu, onurğa əyriliklərini və hərəkət məhdudiyyətini qiymətləndirir. Revmatik xəstəliklər üçün Revmatologiya istiqaməti ilə birgə işlənir.
Diaqnostika dəstəyi
Rentgen sümük vəziyyətini, MRT isə yumşaq toxumaları və oynaqları detallı göstərir. Hər ikisi klinikamızda mövcuddur.
Tez-tez verilən suallar
Zədədən sonra hansı müayinə lazımdır?
İlk addım adətən rentgendir. Yumşaq toxuma zədəsi şübhəsi varsa MRT lazım ola bilər. Seçimi həkim edir.