Fizioterapevtlərimiz bel və boyun ağrıları, zədədən və əməliyyatdan sonrakı bərpa, insult sonrası reabilitasiya və hərəkət funksiyasının yaxşılaşdırılması üzərində fərdi məşq proqramları ilə işləyir. Dr. Ruslan Hüseynov və Dr. Sənan Cəfərov qəbul edir.
Uşaqlar üçün reabilitasiya
Reabilitasiya sahəmiz uşaqlar üçün də uyğunlaşdırılıb. Hərəkət inkişafı və bərpa proqramları uşağın yaşına görə planlaşdırılır.
Tez-tez verilən suallar
Fizioterapiya neçə seans çəkir?
Bu, şikayətin növündən və vəziyyətdən asılıdır. Proqramı fizioterapevt müayinədən sonra planlaşdırır.