Şamaxı, Azərbaycan küçəsi 15 Laboratoriya və USM: 7 gün
+994 10 336 01 01

USM (ultrasəs müayinəsi)

Sağlamlığınız haqqında məlumatı ağrısız və şüalanmasız verən müayinə.

Medsun Klinikada USM kabineti

USM ultrasəs dalğaları ilə daxili orqanları real vaxtda ekranda göstərir. Şüalanma yoxdur, ağrı yoxdur, nəticə tez alınır.

USM ilə nələr qiymətləndirilə bilər?

  • Qarın boşluğu və daxili orqanlar — qaraciyər, böyrəklər, öd kisəsi
  • Yumşaq toxumalar və qalxanabənzər vəzi
  • Süd vəziləri
  • Kiçik çanaq orqanları, ginekoloji və uroloji sahələr
  • Hamiləliyin izlənməsi
  • Doppler müayinələri — qan axınının qiymətləndirilməsi

Nəticə radioloq tərəfindən qiymətləndirilir və lazım gəldikdə uyğun ixtisas həkiminə yönləndirmə üçün istifadə olunur.

Kimə lazımdır

  • Qarın ağrısı, şişkinlik və ya həzm problemi olanlar
  • Profilaktik yoxlanış istəyənlər
  • Həkim göstərişi olanlar
  • Hamiləlik müşahidəsi aparılanlar

USM-in profilaktikadakı rolu barədə bloq yazımızı oxuyun.

Necə aparılır

Datçik dəriyə gel vasitəsilə toxunur, orqanlar ekranda izlənir. Müayinə adətən 15 ilə 30 dəqiqə çəkir və ağrısızdır.

Hazırlıq

Müayinə növündən asılıdır. Qarın boşluğu üçün adətən ac gəlmək, bəzi hallarda sidik kisəsinin dolu olması istənilir. Dəqiq təlimatı qeydiyyat zamanı öyrənin.

Bu xidməti kim verir

Tez-tez verilən suallar

USM zərərlidirmi?

Xeyr. USM şüalanma vermir, ağrısızdır və lazım olduqda təkrarlana bilər.

USM üçün ac gəlməliyəm?

Müayinə növündən asılıdır. Qarın boşluğu USM-i üçün adətən ac gəlmək istənilir. Dəqiq təlimatı qeydiyyatda öyrənin.

USM nə qədər çəkir?

Adətən 15 ilə 30 dəqiqə. Müayinənin növü müddəti dəyişə bilər.

USM-i kim aparır?

Klinikamızda USM müayinələrini radioloq Dr. Fəramin Zairov aparır, həftənin yeddi günü.

Zəng WhatsApp Qeydiyyat