Endokrinoloqlarımız qalxanabənzər vəzi və tiroid düyünləri, şəkərli diabet, hormonal pozğunluqlar, çəki və metabolik problemlər üzrə müayinə aparır, analizləri qiymətləndirir və nəzarət planı hazırlayır.
Arıqlama iynələri yalnız həkim göstərişi və tibbi nəzarətlə nəzərdən keçirilməlidir — mümkün yan təsirlər fərdi qiymətləndirilməlidir.
Diaqnostika dəstəyi
Endokrinoloji qiymətləndirmədə hormon analizləri və qalxanabənzər vəzinin USM müayinəsi əsas rol oynayır. Hər ikisi klinikamızda aparılır.
Tez-tez verilən suallar
Hormon analizi üçün vaxt önəmlidirmi?
Bəli, bəzi hormon analizləri üçün günün vaxtı və ya siklin mərhələsi önəmli ola bilər. Bunu qeydiyyat zamanı dəqiqləşdirin.