Şamaxı, Azərbaycan küçəsi 15 Laboratoriya və USM: 7 gün
+994 10 336 01 01

Allergiya testləri

Allergiyanın səbəbini müəyyən etmək üçün şikayət və həkim qiymətləndirməsinə əsasən fərqli testlər seçilə bilər.

Hansı testlər var?

  • Prick test — polen, toz gənəsi, heyvan tükü və bəzi qida allergenlərinə həssaslığı qiymətləndirir.
  • Qanda IgE — ümumi və spesifik allergik meyl haqqında əlavə məlumat verir.
  • Patch test — kosmetika, metal və təmizləyici vasitələr kimi kontakt allergenlərə gecikmiş dəri reaksiyasını araşdırır.

Hər xəstəyə eyni test lazım deyil. Uyğun test əlamətlər, xəstəlik tarixi, yaş və istifadə olunan dərmanlara əsasən həkim tərəfindən seçilir.

Bu xidməti kim verir

Tez-tez verilən suallar

Hansı allergiya testi mənə lazımdır?

Bunu həkim əlamətlərə, xəstəlik tarixçəsinə və istifadə etdiyiniz dərmanlara görə seçir — hər kəsə eyni test aparılmır.

Patch test nəticəsi nə vaxt bilinir?

Patch testdə reaksiya dərhal deyil, bir neçə gün ərzində izlənir.

Zəng WhatsApp Qeydiyyat